CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Bayram günlərində hotellərdə qiymət adi günlərdən 3 dəfə baha olacaq"

Vüqar Bayramov bildirib ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər.
Sputnik
BAKI, 13 mart — Sputnik. "Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar". Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
Deputat bildirilib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlərlə müqayisədə orta hesabla 3 dəfə baha olacaq:
"Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır".
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Daha sonra millət vəkili bildirib ki, turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır.
"Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2 ulduzlu hotellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də, azulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir", - deyə Vüqar Bayramov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.