BAKI, 13 mart — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Füzuli rayonunun Horadiz kəndində ANAMA-nın keçirdiyi minatəmizləmə işləri ilə tanış olub. Bu barədə səfir "Twitter" hesabında bildirib.
"ANAMA-nı dəstəkləyən ilk qurumladan biri olaraq əməkdaşlığımızı uğurla davam etdirməkdən məmnunam", - səfir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.