İDMAN

Misirdə "Liverpul"un futbolçusu Salahın evini naməlum şəxslər qarət ediblər - KİV

30 yaşlı hücumçu bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 38 oyuna çıxıb
Sputnik
BAKI, 12 mart - Sputnik. "Əl-Ahram" qəzeti xəbər verir ki, naməlum şəxslər İngiltərənin "Liverpul"unun və Misir millisinin futbolçusu Məhəmməd Salahın evini qarət ediblər.
Cinayət barədə Salahın qohumlarından məlumat verilib. Hadisə yerinə Qahirə İstintaq İdarəsinin əməkdaşları göndərilib. Hücum edənlər futbolçunun evindən bir neçə elektrik cihazını çıxarıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
30 yaşlı hücumçu bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 22 qol vurub və 11 məhsuldar ötürmə edib.