"Azərbaycan tərəfi aydın şəkildə bildirib ki, bu prosesin sürətlə həyata keçirilməsinin tərəfdarıdır. Ermənistan isə dualist addımlar atır. Bir yandan Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul etdiyini bildirir, öz təfliklərini irəli sürərək sülhpərvər obraz formalaşdırmağa çalışır, digər tərəfdən isə birbaşa və dolayı yollarla sülh danışıqlarından yayınır. Biz bunu Qarabağdakı separatçıların son təxribatlarında da gördük".
"Bu ölkə ikibaşlı oyun oynayır. Amma hesab edirəm ki, mövcud gərginliklər fonunda iki ölkə arasında yenidən müharibənin olacağı ehtimalları çox aşağıdır. Təbii ki, sülh müqaviləsi imzalanmadığı müddətdə Ermənistan tərəfindən hərbi təxribatların törədilməsi qaçılmazdır. Ermənistanın əl atdığı təxribatların müharibəyə çevrilməsi bu ölkənin sonunun başlanğıcı ola bilər. Ermənistan 44 günlük Vətən müharibəsində aldığı nokaut zərbəsindən hələ özünə gəlməyib. Ona görə də Ermənistanın sülh danışıqlarını davam etdirməkdən başqa yolu yoxdur".
"Bununla da Aİ-nin mülki missiyasında Azərbaycanla bağlı yanlış təsəvvür yaratmağa cəhdlər edilir. Ermənistan Aİ-nin mülki missiyasından özünün hiyləgər və riyakar məqsədləri üçün istifadə etmək niyyətindədir. Məhz bu səbəbdən də sülh danışıqlarının intensivləşdirilməsi üçün səylər birləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması ilə bağlı regional reallıqlarla uyğun olamayan bir sıra tələblərlə çıxış edir".