BAKI, 9 mart — Sputnik. Rusiya sanksiyalar nəticəsində xaricdəki dondurulmuş aktivləri qaytarmağa çalışır.
"Rusiya Federal Maliyyə Monitorinqi Xidməti"nin direktoru Yuri Çixançin Prezident Vladimir Putinlə görüşdə bunu bildirib.
Çixançinin sözlərinə görə, rusiyalıların bloklanan bəzi aktivləri üçün onların mənşəyinin heç bir cinayət xarakterli olmadığı, buna görə də bloklanmasının qanunsuz olduğu təsdiqlənib. Bu, o deməkdir ki, onların sahibləri gələcəkdə məhkəməyə müraciət edərək öz aktivlərini geri ala bilərlər.
"Biz xaricdəki maliyyə kəşfiyyat orqanları ilə fəal əməkdaşlıq edirik. Onlar bizə təsdiq edirlər ki, bəzi aktivlər cinayət xarakterli deyil. Beynəlxalq platformalarda bunların tamamilə qanunsuz hərəkətlər olduğunu söyləmək imkanımız var", - deyə "Rusiya Federal Maliyyə Monitorinqi Xidməti"nin rəhbəri bildirib.
Bundan əvvəl Aİ-də Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsi üzrə işçi qrupunun yaradılmasının planlaşdırıldığı barədə məlumat verilmişdi. Bununla əlaqədar olaraq, Rusiya Xarici İşlər Nazirliyi Aİ-dəki Rusiyanın aktivlərini müsadirə etmək cəhdi ilə bağlı Moskvanın mümkün kompensasiya tədbirləri barədə xəbərdarlıq edib.