SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Gürcüstan Azərbaycan-Ermənistan arasında danışıq üçün platforma təqdim etməyə hazırdır"

Sabiq prezident bildirib ki, Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır.
Sputnik
BAKI, 9 mart — Sputnik. "Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini böyük maraqla izləyir və bunun üçün platforma təqdim etməyə hazırdır".
Bunu Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.
"Ümid edirəm ki, proses Azərbaycan və Ermənistan arasında münasibətlərin sabitləşməsinə doğru gedir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, Ermənistan da bizə yaxın dövlətdir. Buna görə də Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını nəzərə alsaq, bu, xüsusilə vacibdir", - Marqvelaşvili bildirib.
"Qlobal Bakı Forumu illər ərzində yanaşmaları sınaqdan keçirmək, bilikləri bölüşmək və müxtəlif dövlətlərin təcrübələrini öyrənmək baxımından çox faydalı platformaya çevrilib", - Gürcüstanın sabiq prezidenti deyib. O, tədbirin məzmun, logistika və iştirakçılar baxımından yaxşı təşkil olunduğunu bildirib.
"Bu Forumu təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm", - Gürcüstanın sabiq prezidenti əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.