BAKI, 9 mart — Sputnik. Çin dəfələrlə ABŞ-la qarşıdurma naminə Rusiyanı dəstəkləməkdə ittiham olunub və bu dəfələrlə təkzib edilib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
ABŞ kəşfiyyatının ABŞ-ın təhdidləri ilə bağlı illik hesabatında, həmçinin, qeyd olunub ki, Çin "ABŞ-a meydan oxumaq cəhdlərini davam etdirmək" üçün Rusiya Federasiyası ilə hərtərəfli əlaqələr saxlayır.
"Çinin ABŞ-a meydan oxumaq üçün Rusiyanın yanında olduğu barədə məlumatlar var. Pekin bunu dəfələrlə təkzib edib. Bu cür ittihamlar vaxtaşırı irəli sürülür", - deyə Peskov bildirib.
Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Tszinpinin martın 21-də Rusiyaya mümkün səfəri barədə məlumat yayılmışdı. Çin Xarici İşlər Nazirliyi bu məlumatları təsdiq və ya təkzib etməyib.