BAKI, 8 mart - Sputnik. Bizim çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
İlham Əliyev əlavə edib ki, "Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır".
Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.