AZƏRBAYCAN XƏBƏRLƏRİ

Əliyev: "Ümid edirik ki, Ermənistan şərhlərimizə müsbət cavab verəcək"

Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edib.
Sputnik
BAKI, 8 mart - Sputnik. "Mən Latviya Prezidentini Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdım. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Dövlət başçısı deyib: “Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir”.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Bono: "Azərbaycanla Ermənistanın sülh sazişinin mətnini özlərinin hazırlamasını istəyirik”