DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qızlarımıza təhsil verməsək hər şeyimizi itirərik - Ziyəddin Yusəfzay

Nobel mükafatçısının atası deyir ki, təhsildə, işdə, bir sözlə, müxtəlif sahələrdə qızlara-oğlanlara, qadınlara və kişilərə bərabər hüquqlar verilməlidir.
Sputnik
BAKI, 7 mart - Sputnik. Hər ilin martın 8-də Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Bu gündə də biz qadın hüquqlarının, gender bərabərliyinin önəmini əks etdirməyə çalışırıq. Qızlarımıza təhsil verməsək biz hər şeyimizi itirərik. Bunu eksklüziv olaraq Sputnik Azərbaycan-a açıqlamasında Nobel Sülh Mükafatı laureatı Məlalə Yusədzayın atası Ziyəddin Yusəfzay deyib.
Qadınlara qarşı diskriminasiya, hüquqlarının pozulmasından söz açan Z.Yusəfzay deyir ki, təhsildə, işdə, bir sözlə, müxtəlif sahələrdə qızlara-oğlanlara, qadınlara və kişilərə bərabər hüquqlar verilməlidir:

“İnanıram ki, təhsilli kadrlar daha keyfiyyətli təhsil verə biləcək”, - deyə Ziyəddin Yusəfzay bildirib.

O həmçinin *Taliban rejiminin qızların təhsilində yaratdığı problemlərə toxunub.
“Hazırda da hüquqlarını tələb edən, təhsilləri, azadlıqları üçün etiraz edib mübarizə aparan bütün qadınlara salam olsun, deyirəm”.
Qeyd edək ki, bir müddət öncə - ötən il Nobel Sülh Mükafatı laureatı Malala Yusədzayın atası Ziyəddin Yusəfzay Sputnik Azərbaycan-a geniş müsahibə verib.
Ziyəddin Yusəfzay doğulduğu və yaşadığı Svat əyalətində bir neçə məktəbə rəhbərlik edib. Onun əsas arzusu, istəyi qızların təhsil hüquqlarının təmin olunması idi.
Lakin Talibanın hücumundan sonra Pakistanın digər əyalətlərində olduğu kimi, bu əyalətində də qızların təhsil almasının qarşısını almaq üçün böyük maneələr yaradıldı.
Qeyd edək ki, bəzi müsəlman ölkələrində qızların təhsildən yayınması hələ də problem olaraq qalmaqdadır. Digər müsəlman ölkələri kimi Pakistanda da vəziyyət ürəkaçan deyil. Yaranmış bu vəziyyətdə kənar qüvvələrin də payı var.
İllər öncə Taliban* rejimi Pakistanda da qızların təhsildən yayınması üçün müxtəlif variantlara, hədələrə əl atdı. Onlar belə iddia edirdilər ki, İslam dini qızların təhsil almasına qarşıdır.
Onlar qız uşaqlarının məktəbə getməməsi üçün qeyri-sivil addımlara əl atdılar, qətllər, terror aktları törətdilər, bacardıqları qədər getdikləri yolda hər yeri viran qoymağa çalışdılar. Hazırda Pakistanda məktəbyaşlı qızların 32 faizi, oğlanların 21 faizi təhsildən kənardır.
* Fəaliyyəti Rusiyada qadağan olunmuş təşkilat
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Pakistanlı Məlalənin atası Sputnik Azərbaycan-ın suallarını cavablandırdı