RUSİYA

Adil Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilə görüşüb

2015-ci ildən Azərbaycan parlamentində Gənclər və idman komitəsinin fəaliyyət göstərdiyini deyən vitse-spiker parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Sputnik
BAKI, 7 mart — Sputnik. Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayaraq idmanın və bədən tərbiyəsinin Azərbaycanda populyarlaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən vitse-spiker Ulu Öndər tərəfindən bu sahədə sistemli və kompleks yanaşmanın əsasının qoyulmasından danışıb.
O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən bəhs edib, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb.
Adil Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilə görüşüb
2015-ci ildən Azərbaycan parlamentində Gənclər və idman komitəsinin fəaliyyət göstərdiyini deyən vitse-spiker parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərdən söz açan Adil Əliyev ölkələrimizin bütün sahələrdə olduğu kimi idman sahəsində də yaxşı əlaqələr qurduğunu deyib. O, bu müsbət əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.
Göstərilən qonaqpərvərliyə və səmimi sözlərə görə təşəkkür edən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-ool Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də görülən işlərin, əldə olunan nailiyyətlərin dost ölkə kimi onları çox sevindirdiyini deyib və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı idman sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Ülvi Quliyev, Ramil Həsən, Sevinc Hüseynova, Könül Nurullayeva, Şahin İsmayilov və digər rəsmi şəxslər iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib