Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Aİ Azərbaycana və Ermənistana çağırış edib

Aİ baş vermiş hadisəni tam şəkildə araşdırmağa çağırıb.
Sputnik
BAKI, 6 mart - Sputnik. Avropa İttifaqı (Aİ) dünən Qarabağın təmas xəttində ən azı beş nəfərin ölümünə səbəb olan hadisənin baş verməsindən dərin təəssüf hiss keçirir.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Aİ baş vermiş hadisəni tam şəkildə araşdırmağa, eyni zamanda, bütün maraqlı tərəfləri regional sabitliyi poza biləcək və sülh prosesinə təhlükə yarada biləcək hər hansı növbəti hərəkətlərin qarşısını almağa və təmkinli olmağa çağırıb.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Moskva Bakı və İrəvanı təmkinli olmağa çağırır - Zaxarova