BAKI, 5 mart - Sputnik. Rusiya könüllü qüvvələri Artyomovskdakı Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri üzərində mövqe üstünlüyünü təmin edə biliblər. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin məlumatında bildirilib.
"Görünür, Rusiya qüvvələri Baxmutun müəyyən ərazilərindən keçmək üçün kifayət qədər mövqe üstünlüyü əldə ediblər", - məlumatda deyilir.
Analitiklər xatırladıblar ki, Ukrayna komandanlığı artıq Rusiya qoşunları tərəfindən tam mühasirəyə alınmamaq üçün şəhəri tərk etməyi düşünür.
Bu yaxınlarda ABŞ USQ-nin Artyomovskdakı qeyri-müəyyən mövqeyini tanıyıb. Buna səbəb Ukrayna Quru Qoşunlarının komandanı general Aleksandr Sırskinin şəhərə son bir həftədə ikinci gəlişi olub.
"The New York Times"ın icmalçısı qeyd edib ki, Rusiya qüvvələri Ukrayna ordusunun ən mühüm tədarük arteriyalarından birinə nəzarəti ələ keçirərək uğur qazana bilib.