"Düşünürəm ki, Azərbaycan Mədəniyyət nazirliyi sabah məsələ qaldırsa ki, Özbəkistandakı qanun tətbiq olunsun, heç bir faydası olmayacaq. Halbuki, bizə lazımdır".
"Biz adət etmişik ki, nəsə olanda onu qadağa ilə yox, ictimai qınaqla həll edək. Bundan başqa, televiziyların özlərinin rəhbərliyinin məsələyə qarışması ilə bunun qarşısını almaq olar. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, İctimai Şuralar yaradılsın. Amma İctimai Şura da peşəkar olmaldır. İctiami Şura yaradılar, amma onun tərkibində elə insanlar olar ki, geyimdən anlayışı olmaya bilər. Hansı geyimin harada geyinilməsini bilməz. Mən Mədəniyyət komitəsinin sədri olan vaxt mənə tez-tez məktublar gəlirdi ki, filankəs niyə belə geyinib. Mən də baxırdım ki, tənqid olunan sənətçinin geyimi normal geyimdir. Müəyyən yaşlı insanlar, mühafizəkar insanlar az qala deyirlər ki, sənətçi efirə hicabla çıxsın. Yəni, elə kəskin fikirlərə də getmək olmaz".
"Biz Avropaya intiqrasiya edən ölkəyik. Gəlin etiraf edək ki, Özbəkistan əksər məsələlərdə bizdən geridədir. Biz onlarla ayaqlaşmamalıyıq. Bizdə belə bir qadağa ola bilməz. Geyim müğənninin şəxsi seçimidir. Özü bilər, buna nə nazirlik, nə də hanısa bir qurum qarışa bilər. Hər kəs öz janrına uyğun geyinir. Onsuz da açıq geyinən müğənnini cəmiyyət qınayır. Amma o müğənni bu qınaqdan nəticə çıxarmır".
"Məsələnin nə vaxtsa gündəmə gələcəyini də düşünmürəm. Azərbaycan demokratik ölkədir. Dünyada necə tənzimlənirsə, bizdə də o formadadır. KİV təqdim etdiyi müğənni ilə, yayımladığı materiallarla özünün auditoriyasının zövqünü uyğunlaşdırır. Hər KİV qurumu da bilir ki, onun auditoriyasının zövqü nədir və ona uyğun materiallar verir".