Heydər Əliyev ili

Uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları azalıb - Nazir müavini

Səhiyyə nazirinin müavini bildirib ki, ölkəmizdə uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları 2.5 dəfədən çox azalıb
Sputnik
BAKI, 4 mart - Sputnik. Azərbaycanda uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur.
Bunu Heydər Əliyev İlinə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfransında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Ölkəmizdə uşaqlar və yeniyetmələrdə vərəmlə bağlı görülən ciddi işlərin nəticəsindən danışan nazir müavini qeyd edib ki, 100 min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb:
“Vərəm qlobal infeksion problemdir və bununla mübarizədə beynəlxalq təşkilatlar birgə çalışır, ölkələrdə vərəmlə bağlı statistik göstəriciləri dəyərləndirir. Bu rəqəmlərin təhlükəli səviyyədə yuxarı olan ölkələrdə müəyyən profilaktik tədbirlər aparılır və tövsiyələrini verirlər. Biz Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatları nümunə kimi qeyd edə bilərik".
Onun sözlərinə görə, ölkəmizdə də vərəmlə mübarizə beynəlxalq qurumların tövsiyələri üzərində qurulur.
"Keçən il vərəm xəstəliyi olan uşaqların reabilitasiya, müalicəsi üçün sanatoriya əsaslı təmirdən çıxıb, təhvil verilib", - deyə nazirlik rəsmisi qeyd edib.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.