İDMAN

"Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu qolların sayına görə dünyada birincidir

Ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, onun adı siyahıya salınmayıb. Çünki hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.
Sputnik
BAKI, 4 mart - Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib. IFFHS-in xəbərinə görə, portuqaliyalı Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.
Fransa PSJ-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) qapayır.
Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, onun adı siyahıya salınmayıb. Belə ki, oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb. lakin hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.
(Report)