TƏHLİL

BMT Təhlükəsizlik Şurasına islahatlar yenidən gündəmə gəldi: Dörd ölkə razılıq verir

Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov deyir ki, BMT-nin Təhlükəsizlik Şurasının əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bərpa etməkdir, amma hazırda görürük ki, onlar bu missiyanı yerinə yetirə bilmirlər.
Sputnik
BAKI, 4 mart — Sputnik. QUAD təhlükəsizlik dialoqunun üzvü olan Yaponiya, Avstraliya, ABŞ və Hindistanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsinin tərəfdarı olduqlarını açıqlayıblar.
Nazirlərin bəyanatında deyilir ki, BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi də daxil olmaqla, hərtərəfli islahatlar gündəliyi vasitəsilə BMT-nin və beynəlxalq sistemin gücləndirilməsinə sarsılmaz öhdəliklərini təsdiqləyirlər.

BMT-də islahatlar məsələsi artıq uzun müddətdir ki gündəmdədir. Müxtəlif səviyyələrdə təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması məsələsi də gündəmə gətirilib.

Sputnik Azərbaycan BMT TŞ ilə bağlı islahatların zərurəti ilə bağlı Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini öyrənib.
Rövşən İbrahimov bildirib ki, BMT qurulduqdan bəri həmin müzakirələr gedir:
"Xüsusən də bu müzakirələr təşkilatın Təhlükəsizlik Şurasında islahatların aparılması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, zamanla BMT nizamnaməsində nəzərdə tutulmamış yeniliklər edilib. Sülhməramlı qoşunların formalaşdırılması özü-özlüyündə BMT nizamnaməsində nəzərdə tutulmamışdı. Sual oluna bilər ki, niyə bu məsələ zaman-zaman gündəmə gətirilir. Bu ilk növbədə Təhlükəsizlik Şurasının veto hüququna malik ölkələrinin nümayiş etdirdikləri mövqeləri, eyni zamanda dünyada böyük ölkələrin sayının artması, qloballaşma ilə bağlıdır. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bərpa etməkdir, amma hazırda görürük ki, onlar bu missiyanı yerinə yetirə bilmirlər".
Professor qeyd edib ki, ötən əsrin 91-ci ilinə qədər Soyuq Müharibə dövründə iki antaqonist ölkə - ABŞ və Sovet İttifaqı veto hüququndan istifadə edərək sistemin işləməsinə imkan vermirdilər:
"Bu gün də böyük dövlətlərin həm şəxsi maraqlarına görə, həm də bu dövlətlərin özü sistemə təhlükə yaratmasına baxmayaraq onlara qarşı tədbir görülməsi mümkünsüzdür. Ona görə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı ilə bağlı müzakirələr aparılır. Baxmayaraq ki, ABŞ və digər ölkələr bu cür təkliflərlə çıxış edirlər, ancaq onun yerinə yetirilməsi üçün hər hansı mexanizm nəzərdə tutulmayıb. Bunun üçün Təhlükəsizlik Şurasının veto hüququ olan beş daimi üzvünün hər biri buna razılıq verməlidir.

"Bu gün də böyük dövlətlərin həm şəxsi maraqlarına görə, həm də bu dövlətlərin özü sistemə təhlükə yaratmasına baxmayaraq onlara qarşı tədbir görülməsi mümkünsüzdür. Ona görə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı ilə bağlı müzakirələr aparılır.

Baxmayaraq ki, ABŞ və digər ölkələr bu cür təkliflərlə çıxış edirlər, ancaq onun yerinə yetirilməsi üçün hər hansı mexanizm nəzərdə tutulmayıb. Bunun üçün Təhlükəsizlik Şurasının veto hüququ olan beş daimi üzvünün hər biri buna razılıq verməlidir.
Digər bir çıxış yolu isə BMT-nin yerinə başqa bir təşkilatın qurulmalı və hər şey yenidən nizamlanmalıdır. Tarixdə də bunun analoqu var. Vaxtilə Millətlər Liqası adlı bir təşkilat olub və sonradan o, BMT-yə çevrilib. O vaxt bunun səbəbi İkinci Dünya müharibəsi idi. Çünki o zaman da Millətlər Liqası öz funksiyasını yerinə yetirə bilməmişdi. Millətlər Liqası artıq mövcud deyil, lakin onun bir çox strukturları və iş qaydalarını BMT-nin quruluşunda görmək olar".
TƏHLİL
Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli deyil