BAKI, 3 mart — Sputnik. Çinin onlarla əsas texnologiyada üstünlüyünə görə ABŞ Çindən çəkinir.
Rusiyalı senator Aleksey Puşkov bu barədə özünün "Telegram" kanalında məlumat verib.
Puşkov Britaniyanın "The Guardian" nəşrinin araşdırmasının nəticələrinə istinad edib. Bu nəticələrə əsasən Çin tərəfi 44 texnologiyadan 37-də liderdir. Həmçinin, elmi işlərin nəticələri göstərib ki, Çin səkkiz texnologiyada inhisar qura bilər.
"Çinlə bağlı ABŞ-ı vaxtaşırı əhatə edən az qala panik qorxu (sonuncu belə hücum Çin zondunun uçuşundan sonra olub) güclü texnoloji əsasa malikdir", - deyə senator bildirib.
Bundan əvvəl Aleksey Puşkov bildirib ki, Vaşinqton Çin uğrunda gedən döyüşdə çoxdan Moskvaya uduzub. Onun sözlərinə görə, ABŞ Rusiya və Çinin strateji yaxınlaşmasını təmin etmək üçün əlindən gələn hər şeyi edib.