BAKI, 3 mart — Sputnik. ABŞ və NATO ölkələri ardıcıl olaraq Ukraynanı silahla təchiz etməklə Rusiyanı məhv etmək planlarını həyata keçirirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Rəsmi bəyanatda deyilir: "Vaşinqton və onun NATO müttəfiqləri ardıcıl olaraq öz geosiyasi planlarını həyata keçirməyə davam edir, Ukrayna hərbçilərini öyrədir, Kiyev dairələrinə zərbələrin hədəflərinin və istiqamətlərinin müəyyən edilməsində kömək edirlər".
Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, ABŞ hakimiyyət orqanları və onların peykləri Ukraynanı öz hərbi inkişafları üçün sınaq poliqonuna çevirir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev Krımın ələ keçirilməsini planlaşdırmaqda davam edir.