DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

QUAD xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırıblar

Daha bir qurum BMT Təhlükəsizlik Şurasında islahatlar barədə çıxış edib.
Sputnik
BAKI, 3 mart - Sputnik. QUAD təhlükəsizlik dialoqunun üzvü olan Yaponiya, Avstraliya, ABŞ və Hindistanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsinin tərəfdarıdırlar.
“Biz BMT Nizamnaməsinə, o cümlədən onun üç sütununa sarsılmaz dəstəyimizi və BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi də daxil olmaqla, hərtərəfli islahatlar gündəliyi vasitəsilə BMT-nin və beynəlxalq sistemin gücləndirilməsinə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləyirik”, - nazirlərin bəyanatında deyilir.
İclas iştirakçıları qeyd ediblər ki, onlar “BMT Təhlükəsizlik Şurasının daha effektiv, nümayəndəli və etibarlı olması üçün ümumi məqsədlə Təhlükəsizlik Şurasında islahatlara dair hökumətlərarası danışıqlar prosesində fəal və konstruktiv iştirak etməyi” öhdələrinə götürürlər.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
XİN başçısının Laçın yolu ilə bağlı Quterreşə yazdığı məktub BMT TŞ-ın sənədi kimi yayılıb