İddia olunur ki, bütün yuxarıda sadalanan məsələlərin müzakirəsi nəticəsində konkret razılıqlar əldə olunub: "Belə ki, bu barədə rəsmi Bakının nümayəndələri yuxarı instansiyalara hesabat verməyi, yaxın günlərdə isə sülhməramlı kontingent vasitəsilə nəticələr barədə erməni icmasını məlumatlandırmağı öhdəsinə götürüb".
Erməni tərəfi iddia edir ki, "martın 1-də Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun rəhbərlik etdiyi görüşdə Qarabağın erməni icması və Azərbaycan nümayəndələrinin Qarabağın erməni sakinlərinin Azərbaycana "reinteqrasiya məsələlərini" müzakirə etdiyi barədə deyilənlər yalandır. Tərəflərin rəsmi nümayəndələrinin növbəti görüşünün Rusiya sülhməramlı qüvvələrinin iştirakı olmadan "Gəncədə və ya Ağdamda baş tuta biləcəyi" barədə bəyanatlar da yalandır".