DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı nüvə təhlükəsinin əsas mənbəyi adlandırıb

Nazirlikdən bildiriblər ki, Vaşinqton hegemonluğu qorumaq üçün Pekindən gələn təhlükə ilə bağlı nəzəriyyəni yayır.
Sputnik
BAKI, 3 mart — Sputnik. Vaşinqton Pekini nüvə təhlükəsi mənbəyi kimi təqdim etməyə çalışır, lakin ən böyük təhlükə ilk növbədə ABŞ-dır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
Belə ki, diplomat ABŞ prezidentinin daxili təhlükəsizlik məsələləri üzrə köməkçisi Elizabet Şervud-Rendallın ÇXR-in artan strateji arsenalı fonunda təhdidləri minimuma endirmək üçün Çin ilə əlaqə saxlamağın zəruriliyi barədə sözlərini şərh edib.
Mao Nin bildirib ki, Pekinin nüvə gücünün artırılması haqqında sözlər Vaşinqtona arsenallarının genişləndirilməsi, həmçinin hərbi hegemonluğun qorunması üçün bəhanə olaraq lazımdır. O, son illərdə ABŞ-ın nüvə üçlüyünü aqressiv şəkildə modernləşdirdiyini, Çinin isə balanslı mövqe tutduğunu qeyd edib.
"ABŞ dünyanın ən böyük nüvə təhlükəsi mənbəyidir", - deyən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu riskləri azaltmaq, eləcə də qlobal və regional sülhü qorumaq üçün tədbirlər görərək təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
Xatırladaq ki, martın 2-də Mao Nin Vaşinqtona müraciət edərək, xarici şirkətlərə təzyiqləri dayandıraraq bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmətlə yanaşmağa çağırıb.