İDMAN

Zinəddin Zidan bu klubun baş məşqçisi ola bilər

"Zadəganlar" uğursuz çıxış etdiyi üçün 48 yaşlı ingiltərəli baş məşqçi ilə yollarını ayırmaq niyyətindədir.
Sputnik
BAKI, 2 mart — Sputnik. Zinəddin Zidan "Çelsi"nin baş məşqçisi ola bilər.
İspaniyanın "Real Madrid" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərədə işləyə bilər. Belə ki, 51 yaşlı mütəxəssisin "Çelsi"nin sükanı arxasında olan Qrem Potteri əvəzləyə biləcəyi iddia olunub.
"Zadəganlar" uğursuz çıxış etdiyi üçün 48 yaşlı ingiltərəli baş məşqçi ilə yollarını ayırmaq niyyətindədir.
Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"də işləyib. "Çelsi" 24 turdan sonra 31 xalla 10-cu pillədə qərarlaşıb.