BAKI, 2 mart - Sputnik. “İndiki şəraitdə Qoşulmama Hərəkatı xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O, bu sammiti təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
“Pandemiya dünyanın bütün ölkələrinə təsir edib və biz bunu hiss edirik”, - S.Verşinin deyib.
O əlavə edib ki, dünyada aclıq çəkən insanların sayı artıb: “3 milyarddan çox insan normal qidalana bilmir”.
Rusiya xarici işlər nazirinin müavini Qərb dövlətlərinin BMT-ni zəiflətdiyini vurğulayıb: “Əminik ki, postpandemiya dövründə sonrakı inkişaf üçün qarşılıqlı faydalı inkişafda maraqlı olan hər kəslə dialoqa qayıtmaq lazımdır. Məhz bu ölkələr Qoşulmama Hərəkatına daxildir”.