RUSİYA

Reşetnikov: Tacikistanın da Avrasiya İqtisadi İttifaqına qoşulmaq vaxtı çatıb

Reşetnikov həmçinin bildirib ki, Rusiya Federasiyası və Tacikistanın sənaye sektorunda və ticarətdə birgə layihələrin icrasına marağı artır.
Sputnik
BAKI, 2 mart — Sputnik. Tacikistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığı gücləndirmək üçün ən yaxşı vaxt yetişib. Bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Düşənbədə Rusiya-Tacikistan İşgüzar Şurasının iclasında deyib.
Rusiyalı nazir bildirib ki, Tacikistan burada real layihələrdə iştirak edə və pul qazana bilər.
Reşetnikov həmçinin bildirib ki, Rusiya Federasiyası və Tacikistanın sənaye sektorunda və ticarətdə birgə layihələrin icrasına marağı artır. Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 1,4 milyard dollardan çox artıb, ümumilikdə 1,6 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 300-dən çox investisiya layihəsi həyata keçirilir.
Nazir onu da bildirib ki, kənd təsərrüfatı, energetika, sənaye və təhsil sahələrində layihələr uğurla həyata keçirilir.
"Biz qurulmuş əlaqələri, qarşılıqlı anlaşmanı və əldə edilmiş nəticələri yüksək qiymətləndiririk", - nazir bildirib.
O, Rusiya və Tacikistan arasında regionlararası əməkdaşlığa dair konfransa 130-dan çox iş adamını cəlb edən Biznes Şurasının uğurlu fəaliyyətini qeyd edib.
"Mən bu gün əlverişli biznes mühitinin yaradılması və əməkdaşlığın sistemli vəzifələrini müzakirə etməyi təklif edirəm", - Reşetnikov bildirib.
Aİİ-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyası daxildir.