BAKI, 1 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Larisa və Saloniki şəhərləri arasında sərnişin qatarının yük qatarı ilə toqquşması ilə əlaqədar yunan xalqına başsağlığı verir. Bu barədə Nazirliyin saytında dərc olunan məlumatda deyilir.
"Bu çətin anlarda yunan xalqına, ilk növbədə doğmalarını və yaxınlarını itirən ailələrə ən səmimi başsağlığımızı veririk. Zərərçəkənlərə tezliklə sağalmalarını arzulayırıq", - məlumatda bildirilir.
Zaxarova həmçinin qeyd edib ki, Yunanıstanda qatarların toqquşması xəbəri "dərin kədər və ağrı ilə" qəbul edilib. İki qatarın toqquşması nəticəsində otuzdan çox insan həlak olub, onlarla insan yaralanıb.
Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Lavrov Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı başsağlığı verib. Rusiyalı nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramda Lavrovun Moskvanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.