BAKI, 1 mart — Sputnik. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti ("Roskomnadzor") informasiyanın mühafizəsi haqqında qanunun yeni normaları ilə əlaqəli 9 xarici messencerin adını açıqlayıb. Bura xüsusən "Telegram", "WhatsApp" və "Viber" daxil oub. Bu barədə Federal Xidmət xəbər yayıb.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda yeniliklər martın 1-dən qüvvəyə minib.
Rusiya Prezidenti Vladimir Putin dekabrın sonunda 2023-cü il martın 1-dən etibarən dövlət xidmətlərinin göstərilməsi, banklar və dövlət müəssisələri tərəfindən xidmət və malların satışında xarici messencerlərdən istifadəni məhdudlaşdıran qanun imzalayıb.
Belə ki, xarici messencerlər vasitəsilə ödəniş sənədlərini, rusiyalıların şəxsi məlumatlarını, banklardakı köçürmələr və əmanətlər haqqında məlumatları göndərmək mümkün olmayacaq.
Pul köçürməsini təmin edən sistemlərin xarici messencerlərə qoşulması da qadağan ediləcək.
"2023-cü il martın 1-dən etibarən bu cür xidmətlərə aşağıdakılar daxil ola bilər:
"Discord", "Microsoft Teams", "Skype for Business", "Snapchat", "Telegram", "Threema", "Viber", "WhatsApp" və "WeChat"", - deyə "Roskomnadzor"dan bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.