BAKI, 1 mart — Sputnik. Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub.
Qeyd edək ki, bundan öncə həmin vəzifəni Vüqar Məmmədov icra edirdi. Vüqar Məmmədov ötən ilin aprel ayında təyin olunmuşdu.
Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə təyin olunublar. Xatırladaq ki, bundan öncə müşavir vəzifəsinə Fuad Məmmədov təyin olunmuşdu.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrında Mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad olunub. Mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.