DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada övladının fotolarını internetə yerləşdirən şəxslər məsuliyyətə cəlb oluna bilər

Fransa uşaqları onların fotolarının internetdə həddindən artıq yayılmasından qorumağa çalışır. Təəssüf ki, əksər hallarda bu, gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyini düşünmədən valideynlərin özləri tərəfindən edilir. Bu barədə "Politico" nəşri məlumat yayıb.
Sputnik
BAKI, 1 mart — Sputnik. Fhansa Milli assambleyasının hüquq komitəsinin üzvləri uşaqların öz fotoları üzərində hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsini yekdilliklə qəbul ediblər. Bu barədə "Avropa həqiqəti"i nəşri məlumat yayıb.
Qanun layihəsinin təşəbbüskarı olan Prezident Emmanuel Makronun partiyasını təmsil edən deputat Bruno Studer müsahibəsində bildirib ki, "valideynlərə mesaj" uşaqlarının məxfiliyini qorumağın valideynlərin vəzifəsi olmasının çatdırılmasıdır.

"Orta hesabla, uşaqların 13 yaşına qədər - hətta onlara hesab yaratmağa icazə verilməmişdən əvvəl sosial mediada 1300 fotoşəkli yayılır" – deyə o, əlavə edib.

İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzdən verilən məlumata görə, uşaqlara qarşı cinsi zorakılıq törətmiş cinayətkarlar tərəfindən paylaşılan fotoların yarısı ilkin olaraq valideynlər tərəfindən sosial mediada yerləşdirilmiş şəkillərdir.
Qanun layihəsinə əsasən, hər iki valideyn övladının foto hüquqlarına görə birgə məsuliyyət daşıyacaq.
Valideynlər arasında fikir ayrılığı yarandıqda, hakim onlardan birinə digərinin icazəsi olmadan uşağın fotolarını dərc etməyi qadağan edə bilər.
Xüsusi hallarda isə valideynlər "əgər hər iki valideyn tərəfindən uşağın fotosunun yayılması uşağın ləyaqətinə və ya mənəvi tamlığına ciddi təsir edərsə" övladlarının fotolarına aid valideynlik hüquqlarını itirə bilərlər.
Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.