RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Fransız general: Qərb tanklarının tədarükü Kiyevə kömək etməyəcək

PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Qərb ölkələrinin Ukraynaya tank tədarükü onun döyüş əməliyyatlarında uğurunu təmin etməyəcək. Bunu əvvəllər Xarici legiona komandanlıq etmiş fransız general Bruno Dari bildirib.
"Le Figaro" üçün yazdığı məqalədə o, qeyd edib ki, Rusiya Silahlı Qüvvələri tank əleyhinə müdafiəni vaxtında gücləndirdiyi üçün iki və ya üç yüz tankın Kiyevə verilməsi təmas xəttində qüvvələr balansında ciddi dəyişikliyə səbəb olmayacaq.
Darinin fikrincə, tanklar yalnız döyüş meydanında "tez, qəfil və çoxlu sayda" peyda olduqda üstünlük verir. Lakin PUA və peyklərin geniş miqyasda istifadəsi hazırkı zamanda tank hücumunun hazırlanmasını düşməndən gizli saxlamağı mümkünsüz edib.
Nəşrdə qeyd edilir ki, Qərb tanklarının Kiyevə təhvil verilməsi atəşkəs və Ukrayna münaqişəsinin həlli perspektivini yalnız gecikdirəcək.
Bundan əvvəl Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Ukraynaya alman "Leopard" tanklarının tədarükü ilə bağlı qərarın münaqişənin yeni eskalasiya səviyyəsinə çatdırılmasına təkan verəcəyini bəyan etmişdi.