Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

Dünya çoxqütblülüyə gedən yolun başlanğıcındadır – Peskov

Peskov: son onilliklərdə kollektiv Qərbin atdığı addımlar BMT-nin rolunun aşınmasına gətirib çıxarıb.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Dünya çoxqütblülüyə gedən yolun yalnız başlanğıcındadır. Bu yol ağrılı və uzun olacaq. Bir çox ölkə Rusiyanı bu prosesin təşəbbüskarını kimi görür.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə hesab edir.
"Mənim nöqteyi-nəzərimcə, biz bu yolun başlanğıcındayıq. Birləşmiş Ştatlar və Avropa ölkələri kimi dövlətlər tərəfindən erroziyaya uğrayan BMT, təbii ki, yeganə beynəlxalq qurum olsa da, hamıya qarşı sanksiyalar tətbiq edir. Bizə qarşı bütün digərlərinə nisbətən daha çox sanksiyalar tətbiq edirlər — bu, beynəlxalq hüququn pozulmasından başqa bir şey deyil, çünki sanksiyalar yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq olunarsa qanunidir", - deyə o, "İzvestiya"ya müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, son onilliklərdə kollektiv Qərbin atdığı addımlar BMT-nin rolunun aşınmasına gətirib çıxarıb, lakin təşkilat beynəlxalq məsələlərdə sabitləşdirici və balanslaşdırıcı mərkəzi rol oynamalı və rol oynaya biləcək yeganə beynəlxalq qurum olaraq qalır.
"Bu, bizim yanaşmamızdır və onu bir çox ölkələr bölüşür", - deyə o, bildlrib.
RUSİYA
Brüssel Bakı və İrəvanla münasibətlərindən sui-istifadə edir - Lavrov