CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki yüzdən çox alkaqollu içkinin saxtalaşdırıldığı aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.
Sputnik
BAKI, 27 fevral — Sputnik. 2022-ci ildə həyata keçirilən nəzərət tədbirləri zamanı bəzi müəssisələrdə saxtalaşdırılan müxtəlif növ alkoqollu içkilər aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
AQTA-dan verilən məlumatda bildirilib ki, ümumilikdə ötən il ərzində respublikanın müxtəlif rayonlarında 225 saxtalaşadırılmış alkaqollu içkinin satışının qarşısı alınıb.
Saxtalaşdırılmış alkaqollu içkilərin aşkarlandığı kafe-restoran və marketlərin adını açıqlayırıq:
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Qızıl Tac" şadlıq evi
Bakı şəhəri, Səbail rayonunda yerləşən "Starmart" ticarət obyekti, "Sahil" və "Bax Belə" market
Goranboy rayonunda yerləşən "Şahin" kafesi
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Topdan" və "M" market
Bakı şəhəri, Xətai rayonunda yerləşən "Wine House" şərab evi və "Elyar" market
Saxtalaşdırılan içkilərin adlarını açıqlayırıq:
"Organic Line", "Mынсkъ", "Banketnaya Yubiley 10", "Xortiçya", "Olmeca Gold", "Absolut", "Jameson", "Jack Daniels", "Chivas Regal", "Fortuna", "Monkey Shoulder" "Sierra", "Blue Label", "Jack Daniels Honey", "Olmeca Blanco", "Royal Salute 21", "Black Label", "Nemiroff Vodka Original", "Lauren"s Blended Scotch Whisky","Jack Daniel"s Tennessee Whisky 1981 Gold Medal", "Royal Salute Blended Scotch Whisky 38 il", "Fortuna Organic","Fortuna Premium", "Nemiroff", "Olmeca", "Ballantines" "Fortuna Premium", "Цистая Атмосфера Родниковая", "Цистая Атмосфера пшеничная", "Reyka", "Царсkая", "Нефт", "Nemiroff Delikat", "Nemiroff Original", "Nemiroff Wheat", "Organic Line" əmtəə nişanlı saxtalaşdırılmış müxtəlif növ alkoqollu içkilər aşkar edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan bütün qida məhsulları kimi spirtli içkilər üzərində də Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentlik müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar olunan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.