BAKI, 26 fevral - Sputnik. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya qoşunlarının Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməsi, digər məsələlərlə yanaşı, həm də Qərbdən Kiyevə hansı uzaqmənzilli silahların veriləcəyindən asılı olacaq. Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu "Moskva. Kreml. Putin" proqramı üçün Pavel Zarubinə müsahibəsində deyib.
“Bu, [Qərb tərəfindən Kiyevə] veriləcək silahlardan asılıdır”, - Şoyqu bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də bu günlərdə Federal Məclisə müraciətində sözügedən məsələyə toxunub:
“Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq”, - deyə Rusiya lideri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.