CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan səfirliyinə hücumu pisləyirik - QMİ sədri

QMİ sədri dünya ictimaiyyətinin bundan dərs götürəcəyinə və bu faciə kimi hadisələrin bir daha baş verməyəcəyinə inamını ifadə edib.
Sputnik
BAKI, 26 fevral — Sputnik. Bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
"İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həm də imkan daxilində dini konfessiyalar birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. Bir daha onların yadına saldıq ki, dünyada Xocalı soyqırımının təkrarı olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu faciə kimi hadisələr bir daha baş verməyəcək".
Şeyxülislam Allahşükür Paşazadə həmçinin Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pislədiyini dilə gətirib:
"Bununla bağlı yazılı bəyanat verilib və orada hər şey aydın yazılıb".
Qeyd edək ki, bu il yanvarın 27-si səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycanın İrandakı səfirliyi isə fəaliyyətini tam dayandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.