BAKI, 24 fevral — Sputnik. UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun qarşılaşmaları bəlli olub:
"Union" Berlin (Almaniya) - "Union" (Belçika)
"Sevilya" (İspaniya) - "Fənərbağça" (Türkiyə)
"Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya)
"Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan)
"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya)
"Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya)
"Şaxtyor" Donetsk (Ukrayna) - "Feyenoord" (Niderland)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-da, cavab matçları isə 1 həftə sonra keçiriləcək (Report).