DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Psoriaza qarşı preparat alkoqolizmlə mübarizəyə də kömək edir?

Təcrübə 11 gün davam edib və nəticədə, alimlərin fərziyyəsi təsdiqlənib.
Sputnik
BAKI, 24 fevral — Sputnik. "Oregon" Universitetinin alimləri hesab edirlər ki, dəri xəstəliklərinin müalicəsi üçün olan preparatlar, məsələn, psoriaza qarşı dərman vasitələri spirtli içki asılılığı ilə mübarizədə də "perspektivli" müalicə ola bilər. Bu barədə "Journal of Clinical Investigation" jurnalında yazı dərc olunub.
Söhbət tərkibində apremilast olan preparatlardan gedir. Bu molekul iltihab mediatorlarının işini modullaşdırır, bu da iltihab reaksiyasının azalmasına səbəb olur.
Tədqiqatçılar maddənin spirtli içkiyə qarşı mübarizəsində də kömək edəcəyini hesab ediblər. Öz fərziyyələrini yoxlamaq üçün bu işin tədqiqatçıları maddə ilə bir sıra təcrübələr aparıblar.
Həkimlərin bu sınağı həddindən artıq içkiyə meyilli genetik riski olan iki siçanın üzərində aparıblar. Hər bir halda apremilast spirtli içkiyə olan meyli azaldıb.
Bu, maddənin bitişik nüvədə aktivliyin artmasına səbəb olması ilə bağlıdır. Beynin bu sahəsi həzz, gülüş, asılılıq, aqressiya, qorxu və plasebo effektinin formalaşmasında iştirak edir.
Tədqiqatçılar daha sonra bu sınağı 51 spirtli içkidən əziyyət çəkən insanlar üzərində aparıblar. Təcrübə 11 gün davam edib. Nəticədə, alimlərin fərziyyəsi təsdiqlənib: apremilast qəbul edən xəstələrin spirtli içkiyə olan asılılığı yarıdan çox azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.