DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Senator Puşkov Çinə ABŞ-ı sanksiyalarla hədələməyi təklif edib

Puşkovun sözlərinə görə, Pekin Vaşinqtona qarşı sanksiyaları tətbiq etməyi qəbul etdikdən sonra "dünya yeni dövrə qədəm qoyacaq".
Sputnik
BAKI, 23 fevral — Sputnik. Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov Pekini Tayvana silah tədarükünə cavab olaraq Vaşinqtonu sanksiyalarla hədələməyi təklif edib. Bu barədə Rusiya mediası xəbər verib.
"ABŞ Çinə Rusiyaya silah tədarükü ilə bağlı yenidən xəbərdarlıq edib. Artıq neçənci dəfədir. Çin niyə ABŞ-ı Tayvana silah tədarükü ilə bağlı xəbərdarlıq etməsin? Əgər eşitməsələr, sanksiyalarla hədələyin", - deyə senator öz "Telegram" kanalında yazıb.
Puşkov hesab edir ki, belə bir ssenari yaxın gələcəkdə yaxşı nəticə verə bilər. Senatorun sözlərinə görə, Çin ABŞ-a qarşı sanksiyaları tətbiq etməyi qəbul etdikdən sonra "dünya yeni dövrə qədəm qoyacaq".
Xatırladaq ki, bu il fevralın 17-də ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Çeyz Tayvana səfər edib və bu, ABŞ hərbi departamentinin yüksək rütbəli rəsmisinin 2019-cu ildən bu adaya ilk səfəri olub. Bu arada Pekin Vaşinqtonu "bu gün Ukrayna, sabah Tayvan" ruhunda olan ritorikasından əl çəkməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.