CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Enerji istehlak edən cihazların satışı və istismarı yeni qaydalarla həyata keçiriləcək

Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Azərbaycanda enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların satışı və istismarı yeni qaydalara əsasən həyata keçiriləcək.
Bu Baş nazir Əli Əsədov tərəfindən imzaladığı "Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri"nin təsdiq edilməsi haqqında qərarda nəzərdə tutulub.
Qərar "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanunun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.
Tələblərin tətbiq dairəsinə düşən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar texniki reqlamentlərlə müəyyən edilir. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Həmin tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.