BAKI, 23 fevral — Sputnik. Belarusiya Prezidenti Aleksandr Lukaşenko mətbuata müsahibəsində Çin şarını vuran ABŞ-ın hərəkətlərini Vaşinqtonun çox qeyri-dost addımı adlandırıb.
"Çinlilər dərhal bəyan etdilər ki, bu, mülki hava şarıdır. Birlikdə araşdırıb onun nə olduğunu anlamaq olardı. Amma xeyr, onlar nümayişkaranə şəkildə onu məhv etdilər. Bu, çox qeyri-dost addımdır", - deyə "Belta" agentliyi Lukaşenkonun sözlərindən sitat gətirib.
"Dünyadakı vəziyyəti gözəl başa düşürsünüz. Çində sakit həyat olmayacaq, Amerika Birləşmiş Ştatlarının əsas rəqibi Çindir. Amerikalılar bunu gizlətmirlər. Onlar Amerikansayağı şəkildə şou göstərdilər: öz cəmiyyətlərini elə gərginləşdirdilər ki, hamı bu Çin obyektinin nə qədər "təhlükəli" olduğunu görsün. Və 300 milyon insan, amerikalılar diqqətiniu bu obyektdə cəmləşdirəndə, onu vurdular. Nəyə görə? Qarşıdan seçkilər gəlir. Guya qəhrəmanlıqlarını göstərmək üçün", - deyə Belarus lideri əlavə edib.
Xatırladaq ki, ABŞ hərbçiləri fevral ayında dörd hava hədəfini, o cümlədən, ABŞ-ı keçərək Atlantik okeanı üzərində ələ keçirilən Çin şarını vurub. Vaşinqtonda deyirlər ki, şar casusluq məqsədilə buraxılıb, Pekində isə deyirlər ki, söhbət itirilmiş mülki hava şarından gedir.
Belarus Prezidenti Aleksandr Lukaşenko cümə axşamı Çin mətbuatına müsahibəsində Amerika liderinin Ukraynaya son səfərindən də danışıb. O, bildirib ki, ABŞ Prezidenti Co Baydenin Kiyevə bu yaxınlarda səfəri seçki kampaniyasına müharibə atında atılmaq üçün piardır.
"Bu, tutuquşu kimi təkrarçılıqdır. Belə bir hal artıq baş verib. Məhz belə bir səfər. Nədən ötrü? Prezident seçkiləri gəlir. O, Co Bayden, bu seçki kampaniyasına müharibə atı ilə atılmaq istəyir. Ancaq bu, qəti olaraq işləməyəcək. Mən bunu yaxşı bilirəm", - deyə "Belta" Lukaşenkodan sitat gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.