İQTİSADİYYAT

Azərbaycan və Böyük Britaniya arasında saziş imzalanıb

Sənəd iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.
Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
R.Nəbiyev qeyd edib ki, saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.