RUSİYA

"Şimal axınlar"ındakı terror aktının araşdırılmasının zəruriliyinə diqqət çəkildi – Peskov

Peskov həmçinin hadisələrin hərtərəfli araşdırılmasının vacibliyini də xatırladıb.
Sputnik
BAKI, 22 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurasında "Şimal axınlar"ındakı terror aktı ilə bağlı müzakirəsindən sonra hadisələrin hərtərəfli araşdırılmasının zəruriliyinə diqqət çəkilib.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov fevralın 22-də jurnalistlərə bildirib.
"Bir tərəfdən, terror aktı kimi təsnif edilə bilən və edilməli olan bu təxribatın arxasında kimin dura biləcəyi ilə bağlı araşdırmalarla dəstəklənən şübhələri təsdiqləmək üçün hərtərəfli və şəffaf bir araşdırmanın aparılmasının zəruriliyinə diqqəti cəlb etmək mümkün olub", - deyə Kremlin rəsmi nümayəndəsi deyib.
2023-cü il fevralın 8-də jurnalist Seymur Herş bildirib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.