RUSİYA

Rusiyanın Federasiya Şurası AŞ müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib

Sənəd bundan əvvəl Dövlət Duması tərəfindən qəbul edilib.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Rusiyanın Federasiya Şurası çərşənbə günü keçirilən iclasda Avropa Şurasının Rusiya Federasiyasına münasibətdə beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanunu təsdiqləyib.
Bundan əvvəl sənəd Dövlət Duması tərəfindən qəbul edilib.
Qanun Avropa Şurasının Nizamnaməsinə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına, Terrorçuluğa Qarşı Mübarizə Konvensiyasına aiddir.
Sənədə əsasən, Terrorçuluğa qarşı mübarizə haqqında 27 yanvar 1997-ci il tarixli Avropa Konvensiyası, 5 may 1949-cu il tarixli Avropa Şurasının Nizamnaməsi, 2 sentyabr 1949-cu il tarixli Avropa Şurasının imtiyazları və immunitetləri haqqında Baş Saziş və 3 may 1996-cı il tarixli Avropa Sosial Xartiyası (yenidən işlənmiş), həmçinin, ona yaxın protokol qüvvədən düşür.
Müşayiət olunan sənədlərdə qeyd olunur ki, Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünə xitam verilməsi ilə əlaqədar 2022-ci il martın 16-dan etibarən Avropa Şurası ilə müqavilələr Rusiya Federasiyasına münasibətdə ləğv edilmiş hesab edilməlidir.