BAKI, 22 fevral — Sputnik. Fevralın 22-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara yekun vurulacaq.
Bu gün İngiltərə "Mançester Siti"si Almaniyada "Leyptsiq"in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək.
Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçiriləcək. Matçın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, 1/8 final finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərənin "Tottenhem", Almaniyanın "Bavariya" klubu Fransanın PSJ, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" komandasına 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.