DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Qərbin vəd etdiyi maliyyə yardımının yarıdan azını alıb

2022-ci ilin dekabrına qədər Kiyevə vəd edilən 64 milyard avro əvəzinə cəmi 31 milyard avro köçürülüb.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Xüsusi hərbi əməliyyat başladıqdan sonra Qərb ölkələrinin Ukraynaya vəd etdiyi maliyyə yardımının yarısından az hissəsi Ukraynaya köçürülüb.
"Financial Times" qəzeti dünya iqtisadiyyatı üzrə Kiel institutunun məlumatlarına istinadən bu barədə yazıb.
Nəşrin məlumatına görə, Qərbin Ukraynaya vəd etdiyi yardımın ümumi məbləği 64 milyard avro təşkil edib. 2022-ci ilin dekabrına qədər isə Kiyevə cəmi 31 milyard avro köçürülüb.
Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Timofey Milovanov Qərbin ödənişlərindəki qeyri-sabitlik və gecikmələrdən danışıb. O qeyd edib ki, maliyyə yardımının alınması ilə bağlı ən böyük problemlər ötən ilin yayında müşahidə olunub. Milovanov bu il ödənişlərlə bağlı vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib.
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Kiyevə maliyyə yardımının davam etdirilməsinin Ukrayna münaqişəsinin uzanmasına töhfə verdiyini bildirib.