BAKI, 21 fevral — Sputnik. Rusiyanın iri şirkətlərinin rəhbərlərinin Qərbdən asılı olduğu vəziyyət təhlükəlidir və ölkə üçün risklər daşıyır.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin çərşənbə axşamı Federal Məclisə müraciətini oxuyub. Prezident mesajın əvvəlində bildirib ki, bir il əvvəl tarixi torpaqların qorunması və insanların təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi hərbi əməliyyat başlayıb.
"İri Rusiya biznesi strateji müəssisələrin işinə, minlərlə nəfərlik əmək kollektivlərinə cavabdehdir, bir çox bölgələrdə sosial-iqtisadi vəziyyəti müəyyənləşdirir, bu isə o deməkdir ki, belə biznesin rəhbərlərinin və sahiblərinin Rusiyaya qarşı dost olmayan siyasət aparan hökumətlərdən asılı olması bizim üçün böyük təhlükə yaradır. Ölkəmiz üçün təhlükə. Və belə bir vəziyyətə dözmək olmaz", - deyə Putin Federal Məclisə müraciətində bildirib.