BAKI, 21 fevral — Sputnik. ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər. Bu fikri ABŞ-ın keçmiş lideri Donald Tramp deyib.
"Əgər siz Baydenin Ukrayna ilə bağlı atdığı addımları izləsəniz və görəcəksiniz ki o, sistematik, lakin bəlkə də şüursuz şəkildə bizi üçüncü dünya müharibəsinə doğru itələyir. Bu dəlilik deyilmi?" - Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Bazar ertəsi Floridada keçirilən mitinqdə çıxış edən Tramp, Amerika administrasiyasının rəhbəri vəzifəsinə yenidən seçiləcəyi təqdirdə dərhal Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng vuracağını və Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün görüş təşkil edəcəyini bildirib.