RUSİYA

Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər - Putin

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, Qərbdə milyonlarla insan anlayır ki, onları əsl mənəvi fəlakətə aparırlar.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Qərb ölkələri öz dəyərlərini məhv edir, o cümlədən pedofiliyanı norma elan edir. Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Görün öz xalqları ilə nə edirlər. Ailənin, mədəni və milli kimliyin dağıdılması. Azğınlıqlar, uşaqlara sataşmaq, pedofiliya onların həyat norması elan edilib. Ruhanilər, keşişlər isə eynicinsli nikahlara xeyir-dua verməyə məcburdurlar. Qərb istədiyi kimi yaşaya bilər, lakin dünya dinlərinin müqəddəs kitabları ailə haqqında deyir ki, bu, kişi və qadının birliyidir", - Putin deyib.
Onun sözlərinə görə, Qərbdə milyonlarla insan anlayır ki, onları əsl mənəvi fəlakətə aparırlar.
"Açığı, elitalar sadəcə dəli olurlar və deyəsən bunun heç bir müalicəsi yoxdur" - Rusiya prezident deyib.
"Bəli, Allah onlarladır, qoy nə istəsələr, etsinlər. Mən burada demək istəyirəm: böyüklərin istədikləri kimi yaşamaq hüququ var, biz Rusiyada buna riayət etmişik və həmişə belə davranacağıq. Heç kimin şəxsi həyatına müdaxilə etmirik. Biz bunu etməyəcəyik. Amma mən onlara demək istəyirəm ki, bütün digər dünya dinlərinin əsas kitabları olan Müqəddəs Yazılara baxın, orada hər şey deyilir, o cümlədən ailənin kişi və qadının birliyi olduğu. Amma hətta bu müqəddəs mətnlər də indi sorğu-sual olunur", - deyə dövlət başçısı bildirib.
Putin, İngiltərə Kilsəsinin cinsiyyətdən asılı olmayaraq, neytral genderli Allah ideyasını nəzərdən keçirmək planlarından danışarkən, onların nə etdiklərini bilmədiyini söyləyib.
"Məlum olduğu kimi, İngiltərə Kilsəsi neytral-genderli Allah ideyasını nəzərdən keçirməyi planlaşdırır. Lakin hələ də planlaşdırır. Nə deyə bilərəm? Bağışla, Allahım onlar nə etdiklərini bilmirlər", - Rusiya lideri bildirib.
RUSİYA
Müharibəni Qərb başladıb, Rusiya onu dayandırmaq üçün gücdən istifadə edir - Putin