TƏHSİL

Türkiyədə təhsil alan azərbaycanlıların sayı açıqlanıb

Azərbaycanlı tələbələr Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.
Sputnik
BAKI, 20 fevral — Sputnik. 2022-2023-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, ötən il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500-ü ötüb.
Tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.
Qeyd edək ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 26 min 700 nəfər təşkil edib.
Zəlzələ baş verən bölgədə - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbəkirdə 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Qaziantəpdə 86, Adanada 169, Kilisdə 2, Malatyada isə Azərbaycandan gedən 136 tələbə təhsil alır.
Amma xaricdə təhsil alanların sayı təkcə Türkiyədə təhsil alanlarla məhdudlaşmır. Hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.