RUSİYA

Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir - Manturov

Rusiya Baş nazirinin müavini qeyd edib ki, ölkələr arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur, ikitərəfli qarşılıqlı əlaqə bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində inkişaf edir.
Sputnik
BAKI, 20 fevral — Sputnik. Rusiya və Türkiyə çətin siyasi vəziyyətə baxmayaraq, hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edir. Bunu Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov "İnterfaks"a müsahibəsində S-400-ün yeni partiyasının tədarükü üçün müqavilənin bağlanması imkanını şərh edərkən bildirib.

"Çətin siyasi vəziyyət, Rusiyanın tərəfdaşları ilə qarşılıqlı əlaqəsinin bəzi aspektlərinə təsir göstərib, lakin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq iki ölkə prezidentlərinin bu yaxınlarda əldə etdiyi razılaşmalara uyğun olaraq inkişaf edir", - deyə Manturov bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiyanın mühüm tərəfdaşı olaraq qalır.
"Dövlətlər arasında sıx ticarət-iqtisadi əlaqələr mövcuddur, ikitərəfli qarşılıqlı əlaqə bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində inkişaf edir", - deyə Baş nazirin müavini qeyd edib.
Bu yaxınlarda Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 ("Almaz-Antey" Aerokosmik müdafiə konserni" ASC) hava hücumundan müdafiə sistemlərinin dörd divizionunu alıb. "Rosoboroneksport" 2019-cu il oktyabrın 23-də bildirib ki, Rusiya Türkiyəyə S-400 sistemlərinin bütün elementlərini, o cümlədən raketləri tədarük etməklə bu müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirib. 2020-ci il dekabrın 7-də "Rostec"in rəhbəri Sergey Çemezov Türkiyənin S-400-lərin pulunu ödədiyini bildirib. 2020-ci ilin oktyabr ayının ortalarında Türkiyə öz ərazisində S-400 raketlərini uğurla sınaqdan keçirib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən ilin yayın sonunda qeyd edib ki, Türkiyə şübhəsiz ki, Rusiyadan ikinci S-400 partiyasını alacaq. Eyni zamanda, "Rosoboroneksport"in rəhbəri ilin sonuna qədər yeni müqavilənin imzalana biləcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.