BAKI, 20 fevral — Sputnik. Fevralın 17-19 tarixlərində Almaniyanın Münxen şəhərində ənənəvi Təhlükəsizlik Konfransı keçirildi. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi.
Konfrans ərzində Azərbaycan prezidenti ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdü. Daha sonra Azərbaycan və Ermənistan liderləri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda bir araya gəldilər.
Sputnik Azərbaycan Prezident İlham Əliyevin Münxen konfransında bəyanat etdiyi fikirlərin Azərbaycan-Ermənistan prosesinə hərəkətlilik gətirmək imkanları ilə bağlı millət vəkili Asim Mollazadənin və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycana tezliklə sülh lazımdır ki, bölgədə sabitlik, əməkdaşlıq mühiti yaransın:
Millət vəkili onu da deyib ki, Azərbaycan öz ərazisində qeyri-qanuni olaraq xarici şirkətlərin fəaliyyətinə göz yuma bilməz və buna imkan verməyəcək:
“Bu gün Laçın-Xankəndi yolunda azərbaycanlı ekoaktivistlər keçirdikləri mitinqlərlə bunun qarşısını almağa çalışırlar. Ermənistan yalançı blokada məsələləri ilə fikri bu məsələdən yayındırmağa çalışır. Bununla yanaşı Azərbaycan öz ərazisinə minaların, qanunsuz silahlıların gətirilməsinin qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqlərini quracaq”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev də erməni əsilli vətəndaşlarımızla münasibətlərin özümüzün quracağını aydın şəkildə bəyan edib:
Politoloq Fərhad Məmmədov isə qeyd edib ki, Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşdə iki əsas məsələ müzakirə olunub:
“Azərbaycan həm sülh sazişi, həm kommunikasiyaların açılması ilə bağlı dəfələrlə konstruktiv təşəbbüslərlə çıxış edib. Burada diqqət çəkən ən önəmli məqamlardan biri iki ölkə arasında sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı səsləndirilən fikirlər idi. Azərbaycan tərəfi prosesləri sürətləndirmək üçün konkret təkliflər də verib. Öz növbəsində bu təkliflər sülh sazişinin imzalanmasına gətirib çıxara bilər”.
Politoloq vurğulayır ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanması və erməni əhali ilə münasibətlərin qurulmasına iki fərqli məsələ kimi baxır:
“Son iki il yarım ərzində qazanılmış təcrübə onu göstərir ki, Ermənistan sülh danışıqlarında maraqlı deyil. Ermənistan prosesi uzatmaqla geosiyasi şəraitin və vəziyyətin dəyişməsini gözləyir və ümid edir ki, Türkiyə zəifləyəcək və Qərbin mövqeyi isə daha aydın və möhkəm ortaya çıxacaq. Amma proseslər də onu göstərir ki, Qərb özü də sülh sazişinin yaxın müddətdə imzalanmasında maraqlıdır. Qərb deyəndə, burada ABŞ-ı nəzərdə tuturam. Əgər belə bir niyyət varsa, Ermənistana yol qalmır. Bu ölkə ya Rusiya ilə, ya da ABŞ-la öz siyasətini uzlaşdırmalıdır”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.